Bildirək ki, düşərgə əsgər-məişət kompleksi əsasında təşkil olunacaq və iştirakçılar bütün qida və gigiyenik vasitələrlə təmin olunacaqdır. Hərbi simulyasiya formasında təşkil olunacaq düşərgədə yaradılacaq məişət şəraiti otel və ev şəraitindən fərqlənir.

İştirakçılar aşağıdakı sahələr üzrə Düşərgədə iştirak edəcəklər İştirakçıların 6 gün ərzində təhlükəsizliyi təşkilatçılar tərəfindən təmin olunacaq.

Hər bir iştirakçının aşağıdakı qaydalara əməl etməsi zəruridir.
1) İştirakçılar əvvəlcədən onlara verilmiş gün nizamına əməl etməlidirlər.
2) Hər bir iştirakçı daxil olduğu komandada komanda rəhbərinin əmrinə qeyri şərtsiz tabe olmalıdır.
3) Bütün etik qaydalar mütləq şəkildə gözlənilməlidir.
4) İştirakçı məsuliyyətli olmalıdır və komanda şəklində verilən tapşırıqlarda və digər bütün məsələlərdə fəal iştirak etməlidir.
5) Hər bir iştirakçı şəxsi gigiyenası və ətraf mühitin təmiz saxlanılmasına ciddi riayət etməlidir. Düşərgə ərazisində tullantı gördükdə onu müvafiq qablara atmalı və yoldaşlarını da ətrafı çirkləndirməməyə çağırmalıdır.
6) İştirakçılar arasında hər hansısa münaqişə baş verərsə bu barədə dərhal komanda liderinə və ya birbaşa olaraq düşərgə təşkilatçılarının birinə xəbər verməlidir.
7) İştirakçı Komanda rəhbərinə və ya düşərgə təşkilatçılarından birinə xəbər vermədən düşərgə ərazisini tərk etməməlidir.
8) Düşərgəyə spirtli içkilər, narkotik və psixotrop maddələr,kəsici, deşici, zədələyici, iti əşyalar, odlu və soyuq silah gətirmək qəti qadağandır.
9) Düşərgədə eyni zamanda iştirakçıların təmin olunacağı çadırlarda (otaqlarda) əşyalar səliqə ilə istifadə olunmalıdır. Əşyalara qəsdən zədə törədildiyi təqdirdə onun maddi dəyəri iştirakçı tərəfindən ödəniləcək.
10) İştirakçılar bütün təhlükəsizlik tədbirlərinə əməl etməli, insanlığa yaraşmayan və qadağan edilmiş hərəkətlərə yol verməməli, Düşərgədə səliqə-səhmanın yaradılmasına və qorunmasına dəstək verməli, ümumi prosessin normal gedişinə mane olan hərəkətlər etməməli, komanda yoldaşlarına, düşərgə təşkilatçılarına qarşı diqqətli olmalı, hörmət etməlidir.
Səhətində hər hansısa bir xroniki, alergik,anadangəlmə ürək xəstəliyi, yoluxucu xəstəlik, fiziki işi məhdudlaşdıracaq digər xəstəlikləri olan şəxslər düşərgədə iştirak edə bilməz.